AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Zati-alinizə, hökumətinizə və qardaş Azərbaycan xalqına hərarətli salamlarımı və xoş arzularımı yetirmək istəyirəm.
Fürsətdən istifadə edib, İslam Konfransı Təşkilatının öz məqsədlərini həyata keçirməsinə Zati-alinizin və Azərbaycan Respublikası hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirirəm.
Qardaş Azərbaycan xalqının Zati-alinizin rəhbərliyi altında daimi rifahı və tərəqqisi, habelə Sizin sağlamlığınız və xoşbəxtliyiniz üçün o qüdrətli Allaha dua edirəm.
Zati-aliləri, xahiş edirəm, Sizə dərin hörmət və yüksək ehtiram bəslədiyimə əmin olasınız.
Professor İkmaləddin İhsanoğlu,
İslam Konfransı Təşkilatının Baş katibi