AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Mayın 28-də ilk Azərbaycan Demokratik Respublikasının yaradılmasının 89-cu ildönümü münasibətilə Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına öz təbriklərimi yetirirəm.
Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında sıx və konstruktiv əlaqələr mövcuddur. Biz demokratiya və insan hüquqlarını, enerji təhlükəsizliyi və regional sabitliyi inkişaf etdirmək üçün birgə çalışırıq. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına sadiq qalırıq.
Biz bütün bu mühüm sahələrdə sıx və davamlı əməkdaşlığı ürəkdən arzulayırıq, mən Sizə və Azərbaycan xalqına qarşıdakı illərdə sülh və tərəqqi diləyirəm.
Səmimiyyətlə,
Corc U.Buş
Amerika Birləşmiş Ştatlarının Prezidenti