AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Zati-alilərinizə və bütün Azərbaycan xalqına Mali xalqı adından və şəxsən öz adımdan ən səmimi və hərarətli təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan və Mali arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə öz töhfələrimi verməyə hər zaman hazır olduğumu təkrar diqqətinizə çatdırmaq istəyirəm. Zati-alilərinizə səmimi qəlbdən xoşbəxtlik və cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.
Ən yüksək hörmət və ehtiramla,
Amadu Tumani Ture
Mali Respublikasının Prezidenti