AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostcasına və mehriban münasibətlər bundan sonra da möhkəmlənəcək və dərinləşəcək, Moldova Respublikası ilə Azərbaycan Respublikasının qarşılıqlı surətdə faydalı və səmərəli əməkdaşlığının möhkəm zəmini olacaqdır.
Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə bütün səylərinizin həyata keçirilməsində böyük uğurlar, Azərbaycan xalqına isə sülh, həmrəylik və firavanlıq arzulayım.
Hörmətlə,
Vladimir Voronin
Moldova Respublikasının Prezidenti