AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və bütün işlərdə müvəffəqiyyətlər arzulayıram.
Polşa 1991-ci ildə böyük sevinclə Azərbaycanın müstəqilliyini tanıdı. Həmin vaxtdan başlayaraq, bizim əlaqələrimiz möhkəmləndi və hesab edirəm ki, Azərbaycan Cənubi Qafqaz və Xəzər dənizi regionunda əsas rol oynayan bir ölkədir. Polşa Azərbaycanla olan ənənəvi əlaqələrə böyük diqqət yetirir. Biz Azərbaycanın iqtisadi sahədəki nailiyyətlərini, habelə MDB ölkələri arasında müstəqil siyasi mövqeyini yüksək qiymətləndiririk. Bir neçə vaxtdır ki, Orta Asiyadan Avropaya enerji xammalının daşınması üçün tranzit dəhlizin yaradılması layihəsində Azərbaycan bizim əsas tərəfdaşımızdır. Buna görə də biz bu sahədə əməkdaşlığa xüsusi önəm veririk. Bu məsələdə Poşanın və Azərbaycanın eyni mövqedə olması cənab Prezidentin Krakov Enerji Sammitində iştirakı ilə sübut edildi.
Biz inanırıq ki, vaxt keçdikcə Azərbaycanın Avratlantik və Avropa qurumları ilə yaxınlaşma prosesi güclənəcəkdir. Ümidvarıq ki, bu proses Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə bərpa edilməsinə səbəb olacaqdır.
Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr daha dinamik inkişaf edəcək və bu da xalqlarımız üçün faydalı olacaqdır. İnanıram ki, yaxın illərdə iqtisadi sahədə əməkdaşlığımız daha da genişlənəcəkdir.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, bir daha Sizə öz ali ehtiramımı bildirirəm.
Lex Kaçinski
Polşa Respublikasının Prezidenti