AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ötən sərgidən sonra regionun neft və qaz sektorunda böyük dəyişikliklər baş vermişdir. Mən fərəh hissi ilə qeyd edirəm ki, yüzlərlə Britaniya şirkəti həmin dəyişikliklərin ön sırasında olmuşdur.
Bakı-Tbilisi-Ceyhan və “Şahdəniz” layihəsinin başa çatdırılması Azərbaycanın enerji hasilatı sahəsində yeni mərhələsinə start verdi. Hazırda Azərbaycanın neft sərvətlərinin tam potensialı istifadə edilməyə başlanır. Mən fəxr edirəm ki, Britaniya şirkəti bp bu işdə əsas rol oynamışdır. Bu cür köklü dəyişikliklər qlobal enerji təhlükəsizliyinin dəstəklənməsində böyük əhəmiyyət daşıyır. Həmin nailiyyətlərdən əldə olunan gəlirlərin müdrik və şəffaf şəkildə sərf edilməsi, Azərbaycan xalqı üçün çiçəklənən və davamlı gələcəyin təmin olunmasına xidmət edəcəkdir. Bir sözlə, mən şadam ki, Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsündə aparıcı rolunu davam etdirir.
Dünya miqyaslı Britaniya şirkətləri Azərbaycanın neft və qaz sektorunun inkişafında əsas rol oynayırlar. Britaniya şirkətləri 2007-ci ilin neft və qaz sərgisində lazımi şəkildə təmsil olunublar. Ümid edirəm ki, ölkələrimiz arasında səmərəli əməkdaşlıq bir çox illər davam edəcəkdir. Mən Sizə və bütün iştirakçılara olduqca uğurlu Sərgi arzulayıram.
Toni Bleyer
Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Baş naziri