AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Respublika Günü münasibətilə Koreya Respublikası hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam.
Fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin gələcək inkişafı üçün səmimi arzularımı ifadə edirəm.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Səmimi arzularla Sizə möhkəm cansağlığı, gözəl ölkənizə isə daimi rifah diləyirəm.
Li Men Bak
Koreya Respublikasının Prezidenti