AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Zati-alinizi öz adımdan və yunan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, ölkələrimiz arasındakı mövcud dostluq və əməkdaşlıq əlaqələri gələcək illər ərzində hər iki xalqın qarşılıqlı mənafeyinə uyğun olaraq inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək bir daha Azərbaycan xalqına tərəqqi və rifah, Sizə cansağlığı arzu edirəm.
Karolos Papulyas
Yunanıstan Respublikasının Prezidenti