AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri, cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizi və dost Azərbaycan xalqını şəxsən öz adımdan və monqol xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Qəti əminəm ki, Monqolustan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri və əməkdaşlıq xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir.
Zati-aliləri, cənab Prezident, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirir, dost Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm.
Dərin hörmətlə,
Saxiaqiyn Elbeqdorj
Monqolustan Respublikasının Prezidenti