AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə macar xalqı adından və öz adımdan səmimi təbriklərimi çatdırmaq istərdim.
Macarıstan Respublikası ölkəniz tərəfindən Cənubi Qafqazda sabit və təhlükəsiz ətraf mühitin yaranması, həmçinin Avropa və Avratlantik strukturlarına daha yaxın olmaq üçün göstərilən səyləri böyük maraqla izləyir.
Macarıstan Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişafında və bu qarşılıqlı faydalı əməkdaşlığa yeni formaların əlavə edilməsində maraqlıdır.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə öz dərin ehtiramımı bildirirəm.
Laslo Şoyom
Macarıstan Respublikasının Prezidenti