AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Ölkənizin milli bayramının ildönümü münasibətilə Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına böyük məmnuniyyətlə öz təbriklərimi çatdırıram.
Əmin olduğumu bildirirəm ki, biz ümumi səylərimizlə iki xalqın və dövlətin əsaslı mənafelərinə uyğun olan qarşılıqlı faydalı Tacikistan-Azərbaycan əməkdaşlığının intensivliyini və dinamizmini daha da artıra biləcəyik. Biz bunun üçün zəruri səy göstərmək əzmindəyik.
Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləyim.
Hörmətlə,
Emoməli Rəhmon
Tacikistan Respublikasının Prezidenti