RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Rusiyanın İTAR-TASS informasiya-teleqraf agentliyinin jurnalistləri Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirlər. Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə dünyanın aparıcı dövlətləri arasında getdikcə daha layiqli və hörmətli yer tutur. Ölkənin möhtəşəm iqtisadi inkişafı, yüksək mənəvi və əxlaqi ab-havanın qorunub saxlanması, mədəniyyətin, elmin, təhsilin dəstəklənməsi Sizin - quruculuq enerjisi aşıb-daşan, öz işini peşəkar səviyyədə bilən, nəzərdə tutulan planların həyata keçirilməsinə ardıcıl və əzmlə nail olan bir insanın böyük şəxsi xidmətləridir. Biz bilirik ki, Siz Heydər Əliyevin xatirəsinə, onun ideallarına ehtiram əlaməti olaraq bu dahi insanın bütün həyatını həsr etdiyi işə - Azərbaycan xalqının xoşbəxtliyinin və firavanlığının qayğısına qalmağa xidmət edirsiniz. Azərbaycanın başlıca sərvəti onun insanlarıdır. Həmişə hər iki tərəfə xeyir vermiş, bizim dostluq münasibətlərimizi möhkəmləndirmiş işgüzar və yoldaşcasına əməkdaşlığa görə Sizə, çoxsaylı həmkarlarımıza, mütəxəssislərə və müxtəlif ranqlı rəhbərlərə səmimi minnətdarlığımızı bildiririk. Sizə və respublikanın bütün sakinlərinə əmin-amanlıq, xoşbəxtlik, firavanlıq diləyirik.
Hörmətlə,
Vitali İqnatenko
İTAR-TASS agentliyinin baş direktoru,
Mixail Qusman
İTAR-TASS agentliyi baş direktorunun
birinci müavini