AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ QARDAŞIM İLHAM ƏLİYEVƏ
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.
Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq hissi keçirirəm. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına inkişaf və çiçəklənmə arzu edirik.
Zati-alinizə hörmət və ehtiramla,
Qardaşınız
Abdullah bin Əbdüləziz al Səud
İki müqəddəs ocağın xadimi,
Səudiyyə Ərəbistanının Kralı