AZƏRBAYCAN ŞAHMATÇILARI BEYNƏLXALQ FESTİVALDA UĞURLA ÇIXIŞ EDİRLƏR
Bakı, 6 yanvar (AZƏRTAC). Norveçin Qyevik şəhərində keçirilən beynəlxalq şahmat festivalının növbəti turunda Nicat Abbasov Zeynəb Məmmədyarovanı məğlub edərək turnir vəziyyətini bir qədər də yaxşılaşdırmışdır.
Şahmat Federasiyasından bildirmişlər ki, hazırda N.Abbasov Nərgiz Umudova ilə birgə 5 xalla 11-12-ci yerləri bölüşür. Həmyerlilərimizi liderdən cəmi yarım xal ayırır.
Zeynəb və Türkan Məmmədyarovalar, həmçinin Xəyalə İsgəndərova 4 xalla müvafiq olaraq 20-ci, 23-cü və 28-ci pillədə qərarlaşmışlar.
Turnir cədvəlinə 5,5 xal yığmış Belçika təmsilçisi Vadim Malakxatko başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]