Azərbaycan şahmatçıları Cəbəllütariqdə keçirilən beynəlxalq festivalın növbəti turunda qələbə qazanıblar
Bakı, 25 yanvar, AZƏRTAC
Cəbəllütariqdə keçirilən beynəlxalq şahmat festivalının “Masters” turnirində Azərbaycan təmsilçiləri Rauf Məmmədov və Arkadi Naydiç mübarizəni davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçıları üçüncü turun oyunlarını qələbə ilə başa vurublar. Arkadi Naydiç ispaniyalı Julen Luis Arizmendi Martinez, Rauf Məmmədov isə serbiyalı Vaso Blesiç ilə partiyalarda qalib gəliblər. Hazırda A.Naydiçin 2,5, R.Məmmədovun isə 1,5 xalı var.
A.Naydiç dördüncü turda Almaniya şahmatçısı Rasmur Svane, R.Məmmədov isə hindistanlı Dronavalli Harika ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]