AZƏRBAYCAN ŞAHMATÇISI GÜNAY MƏMMƏDZADƏ QİTƏ ÇEMPİONATINDA LİDERLİYİNİ DAVAM ETDİRİR
AZƏRTAC xəbər verir ki, Batumidə 8 yaşadək şahmatçılar arasında keçirilən Avropa çempionatında Günay Məmmədzadə liderlik mövqeyini qoruyub saxlamışdır.
Beşinci turda Aleksa Kodrut (Rumıniya) üzərində qələbəsini rəsmiləşdirən həmyerlimiz 5 xalla qızların yarışmasında ilk pillədə qərarlaşmışdır. 2-ci yerdə isə liderdən 1 xal az toplamış Nino Jalaqoniya (Gürcüstan) gedir.
Oğlanların mübarizəsində isə İrakli Axvlediani (Gürcüstan) liderliyi ələ almışdır. Bu turda Azərbaycan şahmatçısı Çingiz Məhərrəmlini məğlubiyyətə uğradan Gürcüstan təmsilçisi 4,5 xalla turnir cədvəlinə başçılıq edir.
Digər Azərbaycan nümayəndəsi Şəmşəd Axundov 4 xalla 4-cü yeri tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]