AZƏRBAYCAN ŞAHMATÇISI NİCAT ABBASOV BEYNƏLXALQ TURNİRDƏ UĞUR QAZANMIŞDIR
Bakı, 8 yanvar (AZƏRTAC). Azərbaycan şahmatçısı Nicat Abbasov Norveçin Qyevik şəhərində başa çatmış beynəlxalq şahmat festivalında 2-7-ci yerləri bölüşmüşdür.
Şahmat Federasiyasından bildirmişlər ki, 9-cu turda yarışın liderlərindən olan Belçika təmsilçisi Vadim Malakxatko üzərində qələbə qazanan həmyerlimiz nəticədə 6,5 xal toplayaraq bir neçə qrossmeysteri arxada qoymuşdur.
Digər şahmatçılarımızdan Xəyalə İsgəndərova 6 xalla 11-ci, Nərgiz Umudova 5,5 xalla 16-cı, Türkan Məmmədyarova 5,5 xalla 18-ci, Zeynəb Məmmədyarova 5 xalla 24-cü yerləri tutmuşdur.
Şahmat festivalının qalibi isə norveçli Yon Lyudviq Xammer olmuşdur.
İsveçrə sistemi ilə keçirilən turnirdə 70 şahmatçı mübarizə aparırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]