AZƏRBAYCAN SƏFİRİ BÖYÜK BRİTANİYA PARLAMENTİNİN DEPUTATI İLƏ GÖRÜŞMÜŞDÜR
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Böyük Britaniya nümayəndə heyətinin üzvü olan R.Uolter 2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilər zamanı AŞPA-nın müşahidə missiyasının tərkibində ölkəmizdə olmuşdur. AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqi məsələsində ölkəmizin mövqeyini dəstəkləyən R.Uolter Milli Məclisə mayın 13-də keçiriləcək təkrar seçkiləri izləmək üçün AŞPA-nın müşahidə missiyasının üzvü kimi yenidən respublikamıza gələcəkdir.
Səfir R.İbrahimov AŞPA-da nümayəndə heyətimizi dəstəklədiyinə görə R.Uolterə təşəkkürünü bildirmiş, ölkəmizdəki mövcud ictimai-siyasi, iqtisadi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə Böyük Britaniyanın Baş naziri Toni Bleyerin irəli sürdüyü Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində respublikamızda həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Diplomat Avropa Parlamentinin Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda guya erməni abidələrinin dağıdılmasına dair qətnaməsinin qərəzli olduğunu da bildirmişdir.