Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək
Bakı, 11 oktyabr (AZƏRTAC). Oktyabrın 12-dən 17-dək Almaniyanın Ellvaqen şəhərində “Müxtəlifliyə uyğunlaşma: Dil təlimi ilə bağlı təkmilləşmiş yanaşma” mövzusunda seminar, oktyabrın 13-dən 17-dək İstanbulda Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Türkiyə Hərbi Dənizçilik Məktəbi arasında müəllim mübadiləsi təşkil ediləcək. Bundan başqa, oktyabrın 13-dən 24-dək Çexiyanın Vışkov şəhərində sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu, İstanbulda funksional vəzifələr üzrə təlim keçiriləcək. İstanbulda, həmçinin oktyabrın 14-dən 18-dək NATO kollektiv regional təliminin (REGEX-14) yeddinci planlaşdırma görüşü təşkil olunacaq.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]
Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib VİDEO
- 24.09.2026 [18:58]