İDMAN
Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
![](/files/galleryphoto/2023/3/1200x630/17022830582338124754_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022830583152316161_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702283058774326145_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022830581537825034_1200x630.jpg)
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə U-21 Avropa çempionatında bürünc medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 46 kiloqram çəkidə mübarizə aparan yığma üzvü fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Z. Həsənzadə ilk döyüşündə finlandiyalı Ada-Emilya Tammilanı məğlub edib. O, ardınca Culia Qalero (İtaliya) və Melina Corciuya (Yunanıstan) da qalib gələrək yarımfinala yüksəlib. Taekvondoçu bu mərhələdə ispaniyalı Sofia Qarsiyaya uduzaraq Avropa çempionatında 3-cü yeri tutub.
Qeyd edək ki, Azərbaycan millisi səfərə kişilərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında yollanmışdı.