AZƏRBAYCAN TAEKVONDOÇULARI AVROPA KUBOKU YARIŞLARINDA İŞTİRAK EDƏCƏKLƏR
Turnirdə respublikamız baş məşqçi Ələkbər İmaməliyevin rəhbərliyi altında iki komanda ilə təmsil olunacaqdır.
Yığmamızın heyətinə daxil olan Zahid Məmmədov (54 kq), Babək İsgəndərov (63), Niyaməddin Paşayev (72 kq), Rəşad Əhmədov (82 kq) və Fəqan Umudov (82 kq-dan yuxarı) birinci komandada yer almışlar.
İkinci komandanın tərkibinə isə Vüqar Kərimov (54 kq), Elnur Amanov (63 kq), Fuad Nuriyev (72 kq), Təvəkgül Bayramov (82 kq) və Ruslan İbrahimov (82 kq-dan yuxarı) cəlb olunmuşlar.