Azərbaycan Tbilisidə keçiriləcək ənənəvi qış xeyriyyə yarmarkasında iştirak edəcək
Tbilisi, 6 dekabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi dekabrın 9-da Tbilisidə keçiriləcək ənənəvi qış xeyriyyə yarmarkasında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Beynəlxalq Qadınlar Assosiasiyasının (IWA) təşkilatçılığı ilə Yeni il öncəsi baş tutacaq tədbirdə 30-a yaxın səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri iştirak edəcək.
Pavilyonda xalçalar, milli suvenirlər, əl işləri, şirniyyatlar, rəsmlər, dekorativ məmulatlar və s. təqdim olunacaq. Yarmarka ziyarətçilərinin milli mətbəxlər pavilyonunda Azərbaycan təamlarını dadmaq imkanı da olacaq.
Yarmarkadan əldə olunan vəsait Gürcüstan əhalisinin həssas qrupuna daxil olan insanlar üçün həyata keçiriləcək layihələrə yönəldiləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:31]
Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib
- 06.10.2026 [17:03]