Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı üç vakansiya üzrə müsabiqə elan edib
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ölkə gənclərinin peşəkar komandanın üzvü olmaları, yeni imkanlar, maraqlı və ödənişli iş əldə etmələri üçün müsabiqə elan edib.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə gənclər üç əsas istiqamət - mətbuat və ictimaiyyətlə əlaqələr, eləcə də klublarla iş üzrə menecer və koordinator vəzifələri üzrə vakansiyalara müraciət edə bilərlər. Müsabiqə üçün müraciətlər martın 16-da saat 18:00-dək qəbul olunur.
Hər üç vakansiya ilə bağlı əsas vəzifə, öhdəlik və tələblər barədə ATGTİ-nin saytında (https://atgti.az/vacancies) ətraflı məlumat verilib.
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına mövzu ilə bağlı müvafiq başlığı daxil etməklə göndərə bilərlər. Müraciət edən şəxslər arasından yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq. Digər şəxslərin CV-ləri məlumat bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]