Azərbaycan təmas xəttində gərginliyin azaldılması üçün bütün lazımi addımları atır
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan daim sülhsevər siyasət yeritməklə qoşunların təmas xəttində gərginliyin azaldılması üçün bütün lazımi addımları atır və münaqişənin həlli istiqamətində beynəlxalq qurumlarla səmərəli əməkdaşlığın tərəfdarıdır.
Bu fikir ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin Novruz və Pasxa bayramları ərəfəsində atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırışı ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
“Münaqişənin həllində yeganə gözləntimiz məsələyə ədalətlə yanaşmaqla torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün təmin olunmasıdır. Cənab A.Kaspşikin təklifini müsbət qarşılayır, qoşunların təmas xəttində təhlükəsizlik tədbirlərini gücləndirməklə Silahlı Qüvvələrimiz atəşkəs rejiminin pozulmaması məqsədilə lazım olan bütün tədbirləri görür və adekvat addımların atılmasını da ATƏT-in qarşı tərəfdən tələb etməsini gözləyir”, - deyə açıqlamada qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]