Azərbaycan təmsilçiləri İspaniyada şahmat festivalında liderlər qrupunda yer alıblar
Bakı, 15 dekabr, AZƏRTAC
İspaniyanın Sitjes şəhərində şahmat festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın güclü A turnirində mübarizə aparan Azərbaycan şahmatçıları - Aydın Süleymanlı, Eltac Səfərli və Məhəmməd Muradlı 2 turdan sonra maksimum xalla (2 xal) liderlər qrupunda yer alıblar.
Digər təmsilçilərimiz Ülviyyə Fətəliyeva, Niyazi Cəfərov və Amil Abbasov isə 1 xala malikdirlər.
İsveçrə sistemi üzrə keçirilən turnirdə 300-dək şahmatçı iştirak edir ki, onlardan da 55-i qrosmeysterdir. Turnir 10 turdan ibarət olacaq və dekabrın 23-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]