Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir
Bakı, 16 fevral, AZƏRTAC
Biz Misir Ərəb Respublikasının 21 vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsini qəti şəkildə pisləyirik. Misir xalqına və qətlə yetirilən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı veririk.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Misir vətəndaşlarının terrorçular tərəfindən qətlə yetirilməsinə dair şərhlərində bildirib.
H. Hacıyev qeyd edib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası Misir xalqının kədərinə şərik çıxır və terrorizmin bütün forma və təzahürlərini bir daha qəti şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləməkdə davam edir.