Azərbaycan Texniki Universitetində dezinfeksiya işlərinə nəzarət gücləndirilib
Bakı, 4 mart, AZƏRTAC
Koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bununla əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) də dezinfeksiya işlərinə nəzarət gücləndirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, bütün tədris korpuslarının auditoriyaları, laboratoriyaları, dəhlizləri və digər ərazilərində dezinfeksiya işləri aparılıb. Eyni zamanda, universitetin yataqxanası və idman sarayı da koronavirusa qarşı dezinfeksiya edilib. Dezinfeksiya işləri “Viktoriya” MMC şirkəti tərəfindən həyata keçirilib.
Qeyd edək ki, AzTU-da mütəmadi olaraq hər ay bir dəfə dezinfeksiya işləri aparılır.