Azərbaycan UEFA reytinqində bir pillə irəliləyərək Rusiyanı geridə qoyub
Bakı, 31 iyul, AZƏRTAC
“Qarabağ”ın ötən gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın “Şelburn” klubunu məğlub etməsi (1:0) Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir edib.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda aktivində 18.375 xal olan ölkəmiz 1 pillə irəliləyərək 28-ci sıraya yüksəlib. Azərbaycan bu nəticə ilə Rusiyanı geridə qoyub.
Ukrayna ilə müharibəyə görə UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılan Rusiya 18.299 xalla 29-cu pilləyə geriləyib.
Qeyd edək ki, UEFA reytinqinə 94.839 xalla İngiltərə başçılıq edir.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [23:06]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [19:59]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:46]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:18]