Azərbaycan-Ukrayna münasibətləri zəngin tarixi ənənələrə, dostluğa və qarşılıqlı hörmətə əsaslanır
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının Büro üzvü, siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüşüb.
A.Quliyev Azərbaycan-Ukrayna münasibətlərinin zəngin tarixi ənənələrə, dostluğa və qarşılıqlı hörmətə əsaslandığını deyib. O, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarda birmənalı mövqe nümayiş etdirdiyini bildirib. Ukraynanın şərqində baş verən hərbi əməliyyatlar nəticəsində insanların həlak olmasının və minlərlə ukraynalının məcburi köçkünə çevrilməsinin narahatlıq doğurduğu və bu məsələnin ATƏT Parlament Assambleyasının fevralın 18-20-də Vyanada keçiriləcək qış sessiyasında müzakirə olunacağı qeyd edilib.
Aleksandr Mişenko Ukraynanın ATƏT PA çərçivəsində Azərbaycanla yaxından əməkdaşlıq etməsində və hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi istiqamətində birgə fəaliyyətin əlaqələndirilməsində maraqlı olduqlarını bildirib.
Səfir ATƏT-ə üzvü olan hər iki ölkənin beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığının region üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]