Azərbaycan Universiadanı 4 medalla 24-cü pillədə başa vurub
Essen, 27 iyul, AZƏRTAC
Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan komandası tələbə oyunlarını dörd medalla başa vurub.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib. Digər medalı isə Universiadada ikinci yeri tutan cüdoçu Elcan Hacıyev qazanıb.
Beləliklə, Azərbaycan iki qızıl və iki gümüş medalla Universiadanı ölkələrin ümumi sıralamasında 24-cü pillədə tamamlayıb.
Qeyd edək ki, ilk üç pilləni, müvafiq olaraq, Yaponiya (34 medal), Çin (30) və ABŞ (28) tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]