Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağında məskunlaşan 40-a yaxın uşaq qızılcaya yoluxub
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağında məskunlaşan 40-a yaxın uşaq qızılcaya yoluxub. Onların əksəriyyəti 5 yaşadək uşaqlardır.
Bu barədə AZƏRTAC-a İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, həmin uşaqlar 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicə alır. Təşkilatın əməkdaşlardan iki nəfər xəstəxanadadır. Uşaqların vəziyyəti stabildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:31]
Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib
- 06.10.2026 [17:03]