Azərbaycan və Hindistan arasında aqrokimya sektorunda əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Hindistanın Bakıdakı səfirliyi “Chemexcil” (Əsas Kimyəvi Maddələr, Kosmetika və Boyaların İxracının Təşviqi Şurası) ilə birgə Azərbaycan-Hindistan işgüzar forumu təşkil edib.
AZƏRTAC xəbər verir ki, işgüzar görüşün məqsədi hər iki tərəfin idxalçı və ixracatçılarını bir araya gətirməklə Hindistan və Azərbaycan arasında aqrokimya sektorunda ikitərəfli əməkdaşlıq imkanlarını araşdırmaqdır.
Forumda “Aqrokimyəvi Maddələr (Pestisidlər), Boya, piqmentlər və qeyri-üzvi kimyəvi maddələr sektorunda ticarət imkanlarının araşdırılması” mövzusunda müzakirələr aparılıb.
Bildirilib ki, "Chemexcil" 1963-cü ildə Hindistan Hökumətinin Ticarət və Sənaye Nazirliyi tərəfindən müxtəlif kimyəvi maddələrin müxtəlif ölkələrə ixracını təşviq etmək məqsədilə yaradılmış İxracın Təşviqi Şurasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:23]
Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]