Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Mərkəzi Asiya: Vahid strateji məkanın dünyaya gəlməsi

Azərbaycan və Mərkəzi Asiya: Vahid strateji məkanın dünyaya gəlməsi

Budapeşt, 18 noyabr, AZƏRTAC

Ötən bazar günü günəşli Daşkənddə tarixi hadisə baş verdi – Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məşvərət Görüşü keçirildi. Bu toplantı təkcə növbəti diplomatik forum kimi deyil, həm də Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyev bu formata ardıcıl olaraq üçüncü dəfə qatıldı. Lakin bu dəfə onun iştirakı qonaq statusunda deyildir. Azərbaycan bu qurumun tamhüquqlu üzvünə çevrilərək ümumtürk inteqrasiyasının yeni bir erasını başladıb.

Bir müddət öncəyə qədər əməkdaşlıq modeli “5+1” formatı ilə xarakterizə olunurdu – yəni beş Mərkəzi Asiya dövləti və ayrıca tərəfdaş kimi Azərbaycan. Lakin bu yanaşma artıq tarixə çevrilib – siyasətin reallığı yeni bir baxışın formalaşmasına səbəb olub: altı dövlət vahid geosiyasi layihə çərçivəsində birləşir. Burada sərhədlər formal anlayışa çevrilir, ortaq taleyə doğru birlikdə addımlanır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin təsirli ifadəsi bu prosesin mahiyyətini dəqiqliklə izah edir: bugünkü münasibətlər artıq “kimyəvi birləşmə” nümunəsi olaraq “6” formulasına çevrilib. Bu, birlik, qardaşlıq və ortaq tarixi missiyanın simvoludur.

Əsrlər boyu gözlənilən yaxınlaşma

Dünən hələ strateji plan kimi görünən münasibətlər bu gün gerçəkliyə çevrilir. Azərbaycan artıq “körpü” rolundan çıxaraq Xəzərin hər iki sahilini əhatə edən geniş coğrafi məkanın ayrılmaz hissəsinə çevrilir. Bu inteqrasiya uzun müddətdir ekspertlər və beynəlxalq müşahidəçilər tərəfindən müzakirə olunurdu, lakin məhz Daşkənd görüşü ilə rəsmi təsdiqini tapdı. Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşünə daimi üzv kimi daxil olması bütün iştirakçı ölkələrin maraqlarına cavab verən, uzunmüddətli əməkdaşlığa əsaslanan məntiqli addım oldu. Bu inteqrasiya birdən yaranmayıb – buna sistemli və məqsədyönlü şəkildə addım atılıb. Prezident İlham Əliyev qeyd etdi ki, son üç ildə Mərkəzi Asiya ölkələrinə 14 dəfə səfər edib, həmin ölkələrin liderləri isə Azərbaycana 23 dəfə təşrif buyurublar. Bu səfərlər sırf diplomatik protokol deyil, sözlərlə yox, əməli addımlarla təsdiqlənən qardaşlığın göstəricisidir.

Elə yalnız Füzulidə Mirzə Uluqbəy adına məktəbin və Qazaxıstanın dəstəyi ilə yaradılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlamasını xatırlamaq kifayətdir. Ağdamda Manas adına məktəb artıq şagirdlərini qəbul edir. Bundan əlavə, bu ilin oktyabrında Türkmənistanın hədiyyəsi olan bir məscidin təməli qoyuldu – o, qardaş dəstəyinin mənəvi simvoluna çevriləcək. Bütün bu yeniliklər xalqlarımızın qarşılıqlı hörmətinin, həmrəyliyinin və vahid gələcəyə inamının abidələridir.

Yeni qitəvi güc mərkəzi

Bu gün Azərbaycan və Mərkəzi Asiya sadəcə coğrafi qonşular deyil, Avrasiyanın xəritəsində yeni güc mərkəzi yaradan strateji tərəfdaşlardır. Onları birləşdirən dərin tarixi köklər, etnokulturoloji əlaqələr və ümumi iqtisadi maraqlardır. Xəzərin sahillərindən Tanrı dağlarına qədər uzanan birlik, Avrasiyanın “ürəyini” formalaşdıraraq qlobal maraqları özündə cəmləyir. Bu transformasiyanın əsas elementi – Çin ilə Avropanı Azərbaycandan keçməklə birləşdirən Şərq-Qərb nəqliyyat arteriyası olan Orta Dəhlizdir. Geosiyasi dəyişikliklər fonunda bu layihə artıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan yalnız tranzit ölkə deyil, həm də bu dəhlizin təhlükəsizliyini və səmərəliliyini təmin edən əsas iştirakçıya çevrilir.

Son üç ildə Orta Dəhliz üzrə Azərbaycanın üzərindən daşınan yük həcmi 90% artıb. Ələt Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı və güclü yük aviasiyası Azərbaycanın qlobal logistika xəritəsində əsas qovşağa çevrilməsinə imkan verir.

Tezliklə Zəngəzur dəhlizi Azərbaycanın cənub bölgələrini də bu şəbəkəyə daxil etməklə tranzit imkanlarını ikiqat artıracaq. Bu layihə təkcə yol deyil iqtisadi və siyasi birliyin açarıdır. Bu, malların, ideyaların və mədəniyyətlərin sərbəst hərəkəti üçün yeni bir məkandır. Dəhliz XXI əsrin ən mühüm nəqliyyat layihələrindən biri kimi tarixə yazılmağa hazırdır.

Rəqəmsal və enerji inteqrasiyası – zamanın tələbi

Amma yük daşımaları yalnız işin başlanğıcıdır. Daha böyük proseslər rəqəmsal və enerji sahələrində baş verir. Xəzərin dibi ilə çəkiləcək fiber-optik kabel – “Rəqəmsal İpək Yolu” Asiya ilə Avropanı məlumat axınları ilə birləşdirəcək. Paralel olaraq, region ölkələrinin elektrik şəbəkələrini birləşdirəcək sualtı enerji xətti də layihələndirilir – bu, “yaşıl enerji”nin ixracı üçün qlobal platforma yaradacaq.

Bu təşəbbüslər Azərbaycan və Mərkəzi Asiya tarixində yeni səhifə açır. Region artıq yalnız iqtisadi cinahda deyil, həm də rəqəmsal və enerji sahələrində qabaqcıl mövqeyə çıxır. Neft, qaz, bərpaolunan enerji və texnoloji potensialın birləşməsi gələcək üçün möhkəm təməl yaradır.

Strateji gələcək – dünyaya nümunə

Azərbaycan və Mərkəzi Asiya təkcə regional blok deyil. Bu, yeni siyasi düşüncə modelidir, dünyadakı parçalanmalar və ziddiyyətlər fonunda suveren və müstəqil yanaşmanın parlaq nümunəsidir. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Azərbaycan – bu altı dövlət bərabərhüquqlu əməkdaşlıq yolu tutaraq kənar təsirlərə qarşı müstəqil davranırlar.

Geosiyasi çətinliklərə baxmayaraq, region öz gündəliyini müəyyənləşdirdi: inkişaf, inteqrasiya və sülh. Bu birliyə güc verən də elə budur. Bu gün Azərbaycan və Mərkəzi Asiya vahid geosiyasi orqanizm kimi irəli çıxır – azad, müstəqil və iddialı. Bu ittifaq qarşılıqlı fayda və ortaq tarixi yaddaşa söykənərək qurulur. Uğurlar ədalətli, perspektivlər parlaqdır.

Qarşıda yeni üfüqlər, böyük layihələr və gələcək uğurlar dayanır. Lakin bu inteqrasiyanın başlıca gücü xalqlarımızın iradəsində, qardaşlığında və birliyindədir. Biz böyük dəyişikliklərin astanasındayıq.

Bu şanlı yolda xalqlarımıza uğurlar arzulayırıq!

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib