AZƏRBAYCAN VƏ RUSİYA DƏMİRYOLÇULARININ GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Dəmir Yolunda “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş olmuşdur. Görüşdə ölkələrimiz arasında dəmir yolu əlaqələrinin genişləndirilməsinə dair bir sıra məsələlər müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, keçən il Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində konteyner daşımalarının həcmi 2004-cü illə müqayisədə 44 faiz artmışdır. Gələcəkdə Rusiya və Azərbaycan ərazilərindən tranzit daşımalarının həcmini daha da artırmaq məqsədi ilə yük axınının öyrənilməsinə dair tədqiqatların aparılması üçün müvafiq razılıq əldə edilmişdir.
Görüşdə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisinin sürətləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Qərara alınmışdır ki, yaxın gələcəkdə Azərbaycan, Rusiya və İran dəmiryolçularının görüşünün təşkil edilməsinə dair təkliflər hazırlansın.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]