Azərbaycan və Somali energetika sahəsində potensial tərəfdaşlıq imkanlarını müzakirə edib
Bakı, 25 iyul, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqi ilə görüşüb.
AZƏRTAC nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə ikitərəfli iqtisadi əlaqələrin təşviqi və energetika sahəsində potensial tərəfdaşlıq imkanları müzakirə olunub.
Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin yaradılmasının, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]