Azərbaycan və Türkiyə alimləri müştərək tədqiqatlar aparırlar
Bakı, 2 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda əvvəl sintez olunmuş bir sıra yeni oksiran və tiiranların Türkiyənin Atatürk və Bartin universitetlərinin alimləri ilə beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif metabolik fermentlərə, o cümlədən asetilxolinesteraza və karbon anhidraz izoenzimlərinə təsiri qiymətləndirilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Aşqarlar Kimyası İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məhsul şəxsi və elmi işçisi Kəmalə Məmmədova söyləyib.
K.Məmmədova bildirib ki, bu nəticələr sintez edilmiş birləşmələrin hədəf fermentlər üçün yüksək yaxınlıq və spesifiklik nümayiş etdirdiyini göstərir və bu da onların terapevtik agentlər kimi gələcək inkişaf potensialını müəyyən edir. Gələcək tədqiqatlar bu birləşmələrin selektivliyini və bioaktivliyini artırmaq üçün struktur xüsusiyyətlərinin optimallaşdırılmasına, neyrodegenerativ və metabolik xəstəliklərin müalicəsində potensial tətbiqlərin araşdırılmasına yönəldiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]