Azərbaycan Voleybol Federasiyasının üç əməkdaşı CEV komissiyalarına üzv seçiliblər
Bakı, 29 noyabr, AZƏRTAC
Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin ilk iclası keçirilib.
Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a bildiriblər ki, dünyanı bürümüş COVID-19 səbəbindən videotoplantı şəklində keçən ilk iclasa CEV prezidenti Aleksandr Boriçiç rəhbərlik edib.
AVF-nin baş katibi, CEV İdarə Heyətinin üzvü Cəlil Cəfərovun da iştirak etdiyi iclasda 2020-2024-cü illərdə fəaliyyət göstərəcək komissiyaların tərkibi müəyyənləşib.
AVF-nin 3 əməkdaşı - Regional İnkişaf Mərkəzinin direktoru Nərgiz İsmayılova - Avrokuboklar Komissiyasına, federasiyanın həkimi Vüsalə Kazımova - Avropa Tibb Komissiyasına, qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mixail Frişman - Avropa İdman Təşkilatı Komissiyasına üzv seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]