Azərbaycan voleybol millisi Avropa Gümüş Liqasındakı oyunları üçün İsveçə yola düşüb
Bakı, 5 iyun, AZƏRTAC
Avropa Gümüş Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün ilk turun oyunları üçün İsveçə yola düşüb.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma yarışdakı ilk oyununu iyunun 6-da ev sahibi İsveç millisinə qarşı keçirəcək. Komandanın növbəti qarşılaşması isə bir gün sonra baş tutacaq. Rəqib Gürcüstan kollektivi olacaq.
Qeyd edək ki, Fərid Cəlalovun rəhbərlik etdiyi komandanın Avropa Gümüş Liqasındakı ikinci tur oyunları 13-15 iyun tarixlərində Azərbaycanda, üçüncü tur isə 20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [15:12]