Azərbaycan voleybolçusu Odina Əliyeva yenidən İndoneziya klubunda çıxış edəcək
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını yenidən İndoneziyada davam etdirəcək. O, “Cakarta Elektrik” klubu ilə müqavilə imzalayıb. Voleybolçu 2021/2022-ci il mövsümünün sonunadək bu klubda çıxış edəcək.
Voleybolçumuz karyerasında ikinci dəfə İndoneziyada oynayacaq. O, 2020-ci ili “Cakarta Pertamina Energi”də keçirib.
Qeyd edək ki, yayda Braziliyanın “Sesi” klubuna keçən O.Əliyeva mövsümün ilk yarısında Cənubi Amerika təmsilçisinə məxsus olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]