Azərbaycan XİN Moskvada baş verən silahlı hücumu pisləyib
Bakı, 22 mart, AZƏRTAC
Azərbaycanın Xarici İşlər Nazirliyi Moskvada “Crocus City Hall”da baş verən dəhşətli hücumu qətiyyətlə pisləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyinin X sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşımda deyilir: Moskvada “Crocus City Hall”a edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiya Federasiyasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralıların tezliklə sağalmasını arzu edirik.
Terrorçuluqdan əziyyət çəkən ölkə kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]