Azərbaycan XİN: Tayvanın müstəqilliyini tanımırıq
Bakı, 30 dekabr, AZƏRTAC
Bölgədə sülhün və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir. Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır. Ölkəmiz Tayvanın müstəqilliyini tanımır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Tayvan ətrafında yaranmış vəziyyət ilə bağlı medianın sualına cavabında əksini tapır.
A.Hacızadənin şərhində, həmçinin bildirilib: “Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]