AZƏRBAYCAN XÜSUSİ OLİMPİYA KOMİTƏSİNİN GƏNCLƏRDƏN İBARƏT II BASKETBOL YIĞMA KOMANDASI BEŞİNCİ YERİ TUTMUŞDUR
Azərbaycan Xüsusi Olimpiya Komitəsindən (AXOK) AZƏRTAC-a bildirmişlər ki, Türkiyənin Marmaris şəhərində xüsusi olimpiya proqramına uyğun olaraq basketbol üzrə Avropa çempionatı başa çatmışdır. Çempionatda Azərbaycanı AXOK-un gənclərdən ibarət II basketbol yığma komandası təmsil etmişdir.
Divizionlara bölünmək üçün keçirilən çempionatın ilkin təsnifat oyunlarında Estoniya və Polşa millilərinə qalib gələn Azərbaycan yığması Serbiyaya uduzmuşdur. Bu oyunların nəticələrinə uyğun olaraq millimiz final mərhələsinin oyunlarını II divizionda davam etdirmişdir. Əslində Azərbaycan yığması final oyunlarını öz hazırlıq səviyyəsinə uyğun olaraq, III divizionda davam etdirməli idi. Təəssüf ki, divizion bölgüləri ilə məşğul olan komissiya üzvlərinin səhvi nəticəsində yığmamız final oyunlarını daha güclü olan II divizionda keçirməli olmuşdur. Nəticədə komandamız Yunanıstana 13:24, Özbəkistana isə 14:38 hesabı ilə uduzaraq, beşinci yerlə kifayətlənmişdir.
Yarış 2010-cu ildə Varşavada keçiriləcək Avropa Oyunlarına hazırlıq xarakteri daşıyıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]