Azərbaycan XV Paralimpiya Oyunlarının üç lisenziyasından imtina edib
Bakı, 7 sentyabr, AZƏRTAC
İdman Arbitraj Məhkəməsinin qərarına əsasən, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da üç lisenziyanın verilməsi Azərbaycan Milli Paralimpiya Komitəsi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən müsbət qarşılanmayıb və lisenziyalar qəbul edilməyib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rusiyalı paralimpiyaçıların sentyabrın 7-də start götürən Paralimpiya Oyunlarına buraxılmaması barədə qərarın dəyişməz olaraq qaldığını nəzər alan Azərbaycan tərəfi rəsmən üç lisenziyadan imtina edib. Azərbaycan bu mötəbər yarışda paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziyalar əsasında təmsil olunacaq.
“Rio-2016” XV Paralimpiya Oyunlarında 24 paralimpiyaçımız idmanın 6 növü üzrə 41 lisenziya qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]