Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar
Bakı, 13 sentyabr, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, hesabat turunda Azərbaycanın kişilərdən ibarət yığması Finlandiyanı məğlub edib - 3,5-0,5. Aydın Süleymanlı heç-heçə oynayıb. Nicat Abasov, Rauf Məmmədov və Məhəmməd Muradlı partiyanı qələbə ilə başa vurublar.
Qadınlardan ibarət Azərbaycan millisi isə Avstraliyanı üstələyib - 3-1. Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub ediblər. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova heç-heçəylə kifayətləniblər.
İki turdan sonra komandalarımız 4 xalla liderlər qrupunda yer alıb.
Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [15:31]