AZƏRBAYCANDA ALTERNATİV ENERJİ MƏNBƏLƏRİNDƏN İSTİFADƏ OLUNACAQ
Sənaye və Energetika Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, son illər sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətlə inkişaf etməsi biokütlədən istifadə yolu ilə enerji istehsalına geniş imkanlar açmışdır. Müvafiq qurumların apardıqları tədqiqatlar göstərir ki, iqtisadiyyatın bütün sahələrində, o cümlədən neft-qaz hasilatı və emalı nəticəsində yaranan istehsal tullantılarının tərkibi biokütlə ilə zəngindir və onlardan elektrik enerjisi istehsalında istifadə olunan bioqaz, biomaye və bərk biokütlə almaq mümkündür.
Hesablamalar göstərmişdir ki, yaxın gələcəkdə respublikada istehsal olunan elektrik enerjisinin 5-7 faizini, istilik enerjisinin isə 10 faizə qədərini alternativ enerji mənbələri hesabına ödəmək mümkündür. Alternativ enerji mənbələrinin üstünlüyü bu enerji növündən bölgələrdə istifadə olunmasının səmərəliliyində və ekoloji təmizliyindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb
- 09.10.2026 [17:24]
Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir
- 09.10.2026 [16:18]