AZƏRBAYCANDA ATATÜRK MƏRKƏZİNİN YENİ KİTABI
AZƏRTAC xəbər verir ki, Türkiyənin tanınmış ictimai-siyasi xadimi və jurnalisti, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin ”Sarı yarpaqlar mövsümü” kitabı “Nurlan” nəşriyyatında çap olunmuşdur. Azərbaycanda Atatürk Mərkəzi (AzAtaM) tərəfindən hazırlanmış və Mustafa Kamal Atatürkün anadan olmasının 125 illiyinə həsr olunmuş kitaba ön sözü AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov yazmışdır.
Kitabda müəllifin Türkiyənin tanınmış siyasi xadimləri Türkeş, Cəlal Bayar, Süleyman Dəmirəl, habelə bir neçə tanınmış jurnalist ilə bağlı xatirələri və mülahizələri toplanmışdır. Azərbaycana aid xüsusi bölmədə Akkan Suverin ümummilli liderimiz Heydər Əliyev və Prezident İlham Əliyev haqqında fikir və düçüncələri yer almışdır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın Azərbaycan türkcəsinə çevirəni AzAtaM-ın elmi əməkdaşı Afət Mamayevadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:57]
Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]