Azərbaycanda cari ilin ilk rübündə 7 milyon tona yaxın neft hasil edilib
Bakı, 14 aprel, AZƏRTAC
Cari ilin birinci rübü ərzində respublikada 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,48 faiz və ya 0,4 milyon ton azdır.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hasilatın 4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,8 milyon ton təşkil edib.
Rüb ərzində 5,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 4,9 milyon tonu konsorsiumların, 0,7 milyon tonu SOCAR-ın, 0,14 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Qeyd edək ki, bu ilin mart ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 76,9 min ton (580 min barrel) olub. Bunun 62,6 min tonunu (462 min barrel) xam neft, 14,3 min tonunu (118 min barrel) kondensat təşkil edib.
Rüb ərzində neftin emalı 0,9 faiz azalaraq 1,4 milyon ton təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]