AZƏRBAYCANDA DEMOKRATİK VƏ İQTİSADİ İSLAHATLAR PARALEL ŞƏKİLDƏ APARILIR
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsində vurğulamış, Azərbaycan dünyəvi, çox tolerant dövlətdir fikrini səsləndirmişdir. Dövlət başçısı bildirmişdir ki, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycan demokratiya yolunu seçibdir. Bizim demokratiyaya sadiqliyimiz təkcə sözdə deyil, əməllərimizdədir. Biz bunu kiminsə xoşuna gəlmək üçün nümayiş etdirmirik. Bu, bizim ölkəmizə lazımdır.
Prezident demişdir: “Siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılmalıdır. Əgər ancaq siyasi islahatlar aparılacaqsa və onun iqtisadi bazası olmasa, heç vaxt uğur qazanmaq mümkün olmayacaqdır. Ancaq iqtisadi məsələlərə üstünlük verib siyasi islahatları kənarda qoymaq, sadəcə olaraq, hansısa müvəqqəti nailiyyətlərə gətirib çıxara bilər. Müvəqqəti ola bilər, ancaq uzunmüddətli iqtisadi strategiyamıza xələl gətirə bilər. Ona görə Azərbaycanda demokratik və iqtisadi islahatlar paralel şəkildə aparılır və bu, ölkəmizin hərtərəfli inkişafı üçün çox önəmli amildir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]