Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Bakı, 15 dekabr, AZƏRTAC
Bu ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 223 milyon kilovat-saat artaraq 26 487,5 milyon kilovat-saat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat paylaşıb.
O bildirib ki, həmin dövrdə elektrik enerjisinin ixracı 2752,7 milyon kilovat-saat, idxalı isə 200,8 milyon kilovat-saat olub.
Yanvar-noyabr aylarında İES-lər üzrə 24 525,1 milyon kilovat-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 962,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
- 07.10.2026 [12:07]