Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda “Ən zəngin ev kitabxanası olan ailə” – 70 ildir kitab toplayır... – FOTOLAR

Bakı, 20 fevral, AZƏRTAC

“İndi kitab oxuyan var?” Təəssüf ki, son vaxtlar bu suala birmənalı şəkildə müsbət cavab vermək olmur. Elektron kitabların geniş yayıldığı, kompüter, planşet vasitəsilə oxuyanların çoxaldığı indiki vaxtda kitab oxuyanlar çox azdır. Yolunu kitab mağazalarından salanların, kitabxanaların oxu zallarına üz tutanların da sayı azalıb…

Kitabı bilik xəzinəsi, mənəvi qida adlandırırlar. Kitab oxucunu kamilləşdirir, cəmiyyətə fayda verir. Kitab fanatizmin, cəhalətin düşməni, tərəqqinin katalizatorudur. Məşhur Amerika yazıçısı Rey Bredberi deyirdi: “Bir mədəniyyəti yox etmək üçün kitabları yandırmağa ehtiyac yoxdur. Kitab oxumamaq kifayət edir”.

Lap erkən yaşlarımdan məndə kitab oxumağa, mütaliə etməyə böyük həvəs olub. Bağçada bizə şifahi xalq ədəbiyyatı nümunələrini, xalq yaradıcılığını sevdirir, öyrədirdilər. Sonralar da həyat elə gətirdi ki, həmişə kitablarla ünsiyyət saxlamalı oldum”, - deyə kitab həvəskarı Rauf Həsənzadə AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı bildirib.

“Hansı şəhərdə ezamiyyətdə olmuşamsa, yolum hara düşübsə, həmişə yolumu kitab mağazasından salmışam. Elə olub bir neçə, hətta bir çanta kitabla evə qayıtmışam. Onların arasında baha aldığım, ucuz aldığım da var, abunə yazıldığım da, hədiyyə verilənlər də. İndi kitab rəflərində sıralanan kitabların şəxsi kolleksiyama gəlib çıxmağının hər birinin öz tarixçəsi var...”

Rauf müəllim əldə etdiyi ən nadir və aztapılan kitabların çoxunu ötən əsrin 80-ci illərində toplayıb. Həmin illərdə onun rəhbərlik etdiyi Tərtər Elektromexanika Zavodu ümumittifaq əhəmiyyət daşıyırdı və hər ayın ikinci ongünlüyündə Moskvada Direktorlar Şurasının yığıncağı keçirilirdi. Həmin illərdə hər dəfə sovet paytaxtının ən məşhur kitabxanalarına, kitab sərgilərinə və mağazalarına gedərək maraq dairəsinə uyğun gələn kitablar alıb. Hələ məktəbli vaxtından formalaşdırmağa başladığı kitabxana beləcə get-gedə zənginləşib. İndi onun topladığı kitabxanada ensiklopediyalar, tarix, coğrafiya, arxitektura, kənd təsərrüfatı, texniki elmlər, ədəbiyyat, incəsənət, diplomatiya və tibbə aid nəşrlər üstünlük təşkil edir.

O, bu kitabxananı 70 il əvvəl yaratmağa başlayıb. Burada çox qədim, nadir və aztapılan kitablar var. 1717-ci ildə Rusiya çarı I Pyotrun sifarişi ilə çap olunmuş “Gəncliyin aydın güzgüsü və ya məişət davranışına dair göstərişlər” (“Юности честное зерцало, или показание к житейскому обхождению, собранное от разных авторов”) kitabının indi 300-dən artıq yaşı var. 1834-cü ilə aid üzərində I Pyotrun şəxsi möhürü olan kitab da maraq doğurur. M. Karamzinin, A. P. Yermolovun, K. Arsenyevin və başqa müəlliflərin, eləcə də XVII-XVIII əsrlərdə nəşr olunan kitablar, müxtəlif qəzet materialları, sənədlər, səliqə ilə ayrı-ayrı qovluqlara yığılmış qəzet-jurnal kəsiklərini şəxsi kitabxananın ən maraqlı eksponatları hesab etmək olar. Qədim yunan tarixçilərinin kitabları, o cümlədən uzun illərin axtarışları nəticəsində əldə edilən Herodotun “Tarixin atası” kitabı da çox dəyərlidir. Birinci Pyotrun sifarişi ilə çap olunmuş “Məişətdə davranış qaydaları” kitabı, müxtəlif xalqların yaşam tərzini, Avropa ölkələrinin mədəniyyətini əks etdirən kitablar da böyük maraq doğurur.

Kitabxanada ermənilərin ərazi iddialarını ifşa edən, onların Azərbaycana, o cümlədən Qarabağa köçürülməsini sübut edən mənbə və sənədlər də diqqət çəkir. Onların arasında 1831-ci və 1834-cü ildə nəşr olunmuş iki kitab da var. Həmin kitablarda ermənilərin İrandan Qafqaza, o cümlədən İrəvan, Naxçıvan və Qarabağa köçürülmələri öz əksini tapıb. Qarabağın Rusiyanın tərkibinə daxil olması haqqında 1805-ci ildə knyaz Pavel Sisyanovun və Qarabağ xanı İbrahimxəlil xanın imzaladığı traktatın mətni də mühüm sənədlər arasında yer alır.

Azərbaycan Politexnik İnstitutunun məzunu olan Rauf Həsənzadə sonralar Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib. Tərtər Elektromexanika zavodundan sonra 1993-cü ildə Bakı Elektron Hesablama Maşınları zavodunun direktoru olub. Şəxsi kitabxanasında olan kitabların böyük əksəriyyətini mütaliə edib. Onun dediyinə görə, “İqor polku haqqında dastan”da şərqdən gələn köçəri tayfalar arasında tərtərlərin də adı çəkilir. Rauf müəllimin saxladığı qədim atlaslardan birində Bağdaddan şimalda Tərtər çayı və Tərtər gölü var. Şah İsmayıl Xətainin qızılbaşlar tayfasının ən döyüşkən qolları arasında tərtərlər tayfası da olub. Əfqanıstanda isə Tərtər adlı kənd var...

Şəxsi kitabxanada tibbə aid kitablar xüsusi yer tutur. Onların arasında 29 cild tibb eknsiklopediyası ilə yanaşı, Tibet, Koreya, qədim slavyan xalq təbabətinə aid çoxlu maraqlı mənbələr var. Bundan başqa, Rusiyada çıxan “ Zdorovıy obraz jizni”, “Babuşkinskie resepti”, “Leçebnıe pismo”, “Aybolit”, Travnik”, “Narodnıy doktor”, “Tvoy doktor”, “Narodnıy lekar”, “Leçebnıe vesti” kimi nəşr və məcmuələri də toplayıb. Təkcə bir faktı göstərmək yetərlidir ki, Rauf müəllim 18 tibbi jurnala abunə yazılıb. Həmin mənbələrdə müxtəlif xəstəliklərə aid minlərlə resept var. Özünün hesablamasına görə, həmin reseptlərin sayı 12 min 100-dən çoxdur. Sonralar onun şəxsi kitabxanasında saxladığı həmin reseptlərdən istifadə edərək onlarla xəstənin şəfa tapmasına vasitəçi olub.

Çoxsaylı kitablar arasında hərbi və tarixi kitablar da çoxluq təşkil edir. İkinci Dünya müharibəsində iştirak edən sovet və alman sərkərdələrinin, general və hərbçilərinin demək olar ki, əksəriyyətinin qələmə aldığı kitablar, memuar və xatirələr, III Reyxin tarixi, Nürenberq prosesi ilə bağlı kitablar Rauf müəllimin ən çox müraciət etdiyi, vaxtaşırı vərəqlədiyi kitablardır.

82 yaşlı kitab həvəskarının şəxsi kitabxanasında 14 mindən çox kitab var. 2017-ci ildə Həsənzadələr ailəsi Mədəniyyət Nazirliyinin “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsində qalib gəldiyinə görə diploma layiq görülüb.

Rauf Həsənzadə həm də təbiət vurğunu, gül-çiçək həvəskarıdır. O, həyətindəki bağçada müxtəlif qızılgül növləri, zanbaq, yasəmən, pion, xrizantema və digər güllər becərir. Onun becərdiyi gül və çiçək kolları rəngbərəng çiçəklər açaraq cənnət bağını xatırladır. O, həm bağçasında becərdiyi güllərə, həm də ailə kitabxanada səliqə-sahmanın qorunub saxlanılmasına, düzümünə çox ciddi fikir verir. Onun illərdən bəri topladığı zəngin kitabxana həyət-bacası kimi ilin bütün fəsillərində gözəl, təravətli və gözoxşayandır.

Ali məktəb tələbələri və orta məktəb şagirdləri ölkəmizin ən yaxşı ailə kitabxanalarından olan Həsənzadələrin ailə kolleksiyasına müraciət edir, elmi iş və diplom işi yazanlar, imtahana hazırlaşanlar və mütaliə həvəskarları onun rəfləri arasında özlərinə lazım olan mənbələri tapıb oxuyur, istifadə edəndən sonra geri qaytarırlar. Lakin elə kitablar da var ki, Rauf müəllim onu birdəfəlik olaraq oxuculara bağışlayır. Vaxtaşırı olaraq şəxsi kolleksiyasında saxladığı xeyli kitabı ayrı-ayrı məktəblərə, kitab həvəskarlarına hədiyyə edir.

Kitabxananı əbəs yerə mənəvi sərvət, xalqın yaddaşı hesab etmirlər. Onun zaman-zaman toplanan, illər boyu əldə edilən kitablarından hər kəs özünə lazım olan bilik və mənəvi qidanı götürür. Nə xoş ki, “Azərbaycanın Stalinqradı” adlandırılan Tərtərdə belə zəngin və dəyərli bir mənbə var. Onun yaradıcısı və keşikçisi olan Rauf Həsənzadə bu böyük xidmətə görə hər cür hörmət və ehtirama layiqdir...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ